Cənubi Koreya prezidenti Mun Çje İn Rusiya lideri Vladimir Putinin təklifini qəbul edib.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Mun Çje İn 2018-ci il futbol üzrə dünya çempionatı zamanı Moskvaya səfər edəcək.
Bu barədə məlumatı Rusiya Olimpia komitəsinin vitse-prezidenti, Rusiya prezidentinin köməkçisi İqor Levitin bildirib
Məlumatda deyilir: "Rusiya prezidenti Cənubi Koreya prezidentini futbol üzrə dünya çempionatı vaxtı Moskvaya dəvət edib. Cənab prezident bu dəvəti qəbul edib və hazırda diplomatik mənbələrlə Koreya prezidentinin səfər vaxtı dəqiqləşdirilir".