Bəşşar Əsədə bağlı ordunun Afrinə girməməsinin səbəbi məlum olub

17:55 - 20 Fevral 2018 - DÜNYA

Suriyada Bəşşar Əsədə sadiq ordunun Afrinə girmək məsələsində terrorçu PKK-nın qollarından biri olan YPG ilə razılaşma əldə edə bilməməsinin səbəbi məlum olub.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, Rusiyanın vasitəçiliyi ilə Suriyanın Hələb əyalətinin Şehba qəsəbəsində B.Əsədin nümayəndələri ilə YPG təmsilçiləri arasında görüş keçirilib. Amma tərəflər B.Əsədə sadiq ordunun Afrinə girməsi məsələsində razılıq əldə edə bilməyiblər. 

Məlumata görə, B.Əsədin təmsilçiləri PKK/PYD/YPG terrorçularının silahlarını təhvil vermələri və təslim olmaları ilə bağlı şərt irəli sürüb, ancaq qruplaşma rəhbərliyi bunu qəbul etməyib. Bununla belə B.Əsəd rejimi ilə terrorçular arasında müzakirələrin davam etdiyi bildirilib.

Terrorçular Afrinə heç kimi rəsmi olaraq, dəvət etmədiklərini, Türkiyəyə dəstək vermək istəyənlərə qarşı olacaqlarını vurğulayıblar.

Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın da “Əsədlə PKK Afrin məsələsində anlaşıb” iddiasına münasibət bildirib. O deyib ki, bunun təbliğat xarakterli olduğu açıq-aşkardır. “Amma bəzi çirkin və gizli razılaşmaların olduğu da istisna deyil. Kimin nə etməyindən asılı ollmayaraq, "Zeytun budağı" əməliyyatı planlaşdırıldığı kimi davam edəcək və hədəfinə çatacaq”.


Qeyd edək ki, fevralın 19-da Bəşşar Əsədə bağlı silahlıların Afrinə girəcəyi və bu məsələni terrorçularla razılşadığına barədə məlumat yayılmışdı. 

Xəbər xətti