Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində ümumilikdə 75 yaşayış məntəqəsini azad edib.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu gün səhər saatlarında daha 5 yaşayış məntəqəsi PYD və YPG terrorçularından azad edilib.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.