Venesuela prezidenti Nikolas Maduro ABŞ prezidenti Donald Trampı dialoqu başlamağa və bunun üçün "məkan və zamanı" seçməyə təklif edib.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu barədə Venesuela başçısı "Tvitter" sosial şəbəkəsində yazıb.
"Donald Tramp bəyan edirdi ki, ABŞ-ın siyasəti digər ölkələrin daxili işlərinə müdaxilə etməməkdir. Bu sözlərə əməl edərək aqressiyadan dialoqa keçməyin vaxtı çatıb. Karakas və yaxud Vaşinqtonda - heç bir fərq yoxdur. Vaxt və yer, mən orada olacağam”, deyə N.Maduro yazıb.
Daha öncə ABŞ-ın dövlət katibi Reks Tillerson Venesuelaya qarşı neft embarqosunun tətbiqi ehtimalının nəzərdən keçirildiyini bildirib.