Rusiyadan ABŞ-a sərt bəyanat: "Dərhal geri çəkilin"

15:50 - 19 Fevral 2018 - DÜNYA

Rusiyanın XİN rəhbəri Sergey Lavrov Suriyanın cənubundakı Əl Tanfdakı ABŞ qüvvələrinin dərhal geri çəkilməli olduğunu bildirib.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Lavrov  "Valday" forumundakı çıxışında bu məsələni gündəmə gətirib.  ABŞ Suriyanın İordaniya ilə sərhədi yaxınlığında bir bölgəyə nəzarət edir. Ərazidə bir qaçqın düşərgəsi də var. Rusiyalı nazir bildirib ki, bu düşərgə  silahlı qruplaşmaların yeni savaşçıları yanlarına çəkə bilməsi üçün şərait yaradır.

ABŞ qüvvələrinin bölgədən geri çəkilməsinin vacibliyini qeyd edən Lavrob "Bu təsir sahəsi dərhal bağlanmalıdır. Bundan başqa qaçqın düşərgəsinə humanitar yardımların çatdırılmasına icazə verilməlidir",-deyə qeyd edib.

Xəbər xətti