“ABŞ Suriyada işğalın yeni dalğasına başlayıb” - İran XİN-i

16:15 - 19 Fevral 2018 - DÜNYA

ABŞ Suriyada müdaxilənin yeni dalğasına, ölkənin işğalına başlayıb.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Cavad Zərif “Valday” klubunun Yaxın Şərq konfransında çıxışı zamanı deyib:
 

“Suriya hər zamanki kimi siyasi həll istəyir. İran və Rusiya belə bir siyasi həll üçün 4 ildir səy göstərir. Biz bu siyasi həllə başlamalıyıq, lakin xarici müdaxiləçilər, xüsusən də ABŞ tərəfindən işğalın yeni dalğasını görürük”. 

Xəbər xətti