Nazir Ağsuda vətəndaşlarla görüşəcək

17:18 - 19 Fevral 2018 - SİYASƏT

Kənd təsərrüfatı naziri Heydər Əsədov fevralın 23-də saat 11:00-da Ağsu rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Ucar, Kürdəmir, Göyçay, Ağsu və Zərdab rayonlarının sakinləri ilə görüşəcək. 
 
"Ucnoqta.az" Nazirlikdən “APA-Economics”ə veilən xəbərə istinadən bildirir ki, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə və Ağsu  Rayon Kənd Təsərrüfatı İdarəsinə müraciət edə bilərlər. 
 
Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Xəbər xətti