Livan prezidenti Ermənistana səfər edəcək

17:50 - 19 Fevral 2018 - DÜNYA

Livan Prezidenti Mişel Aun bu həftə İraq və Ermənistana səfər edəcək.

"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibinə daxili işlər naziri Nihad Maşnuk, xarici işlər naziri Cebran Bassil, sənaye naziri Hüseyn Əl-Hac Həsən və bir sıra digər qurumların rəhbərləri daxil olacaq.

M.Aunun fevralın 20-də İraqa ikigünlük səfəri başlayır. O, səfər zamanı İraqın Baş naziri Hayder əl-Abadi və parlamentin sədri Sabur əl-Cəburi ilə görüşəcək.

Ardından Livan prezidenti Ermənistana gedəcək və orada həmkarı Serj Sarqsyanla, həmçinin son vaxtlar Beyrutdan ayrılan Livan icmasının nümayəndələri ilə görüşəcək.

Səfərlər çərçivəsində M.Aun İraq və Ermənistanla iqtisadi və siyasi ikitərəfli əlaqələrin inkişafını, eləcə də regional və beynəlxalq formatlarda diplomatik əlaqələrin gücləndirilməsini müzakirə etmək niyyətindədir.

Xəbər xətti