Suriyada iki müxalif qrup birləşdi

12:05 - 19 Fevral 2018 - DÜNYA

Suriyada Bəşər Əsəd rejiminə qarşı savaşan iki qrup birləşib.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, "Əhrar Şam" qruplaşması ilə Nurəddin Zəngi Hərəkatı qrupları "Suriya Qurtuluş Cəbhəsi" adı altında birləşdiklərini elan ediblər.

İki hərbi müxalif qruplaşma sosial şəbəkədə yayımladıqları açıqlama ilə birləşdiklərini bildiriblər.

Açıqlamada deyilir: "Suriyada siyasi qərar mexanizmasının tək bir qrupa təhvil verilməməsi, qruplara edilən hücumların dayandırılması və xarici aktyorların istəklərinə alət olunmaması üçün bu ittifaq baş tutdu".

"Suriya Qurtuluş Cəbhəsi"nin lideri "Əhrar Şam" lideri Həsən Sufan seçilib. Müavini isə, Nurəddin Zəngi Hərəkatının baş komandanı Tevfik Şihhabeddin oldu.

Açıqlamada Əsəd rejiminə qarşı savaşan digər müxaliflər də ittifaqa dəvət edilib.

Xəbər xətti