ABŞ prezidenti Donald Tramp FTB-ni (Federal Təhqiqatlar Bürosu) tənqid edib.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Tramp bu barədə tvitter hesabında yazıb.
“FTB prezident seçkilərində Trampın komandasnın Rusiya ilə əlbir olmasını axtarmağa çox vaxt sərf edir. Heç bir razılaşma olmayıb. Öz işlərinizə qayıdın və elə edin ki, biz sizinlə fəxr edək”,- deyə prezident bildirib.
Qeyd edək ki, Florida ştatının Brouard dairəsində Nikolas Kruzun məktəbə hücumu nəticəsində 17 nəfər həlak olmuşdu.
Daha sonra məlum olub ki, FTB-nin Kruzun məktəbə hücum edə biləcəyi ilə bağlı informasıyası olsa da bunu araşdırmayıb.