Ukrayna prezidenti Petro Poroşenko Rusiya ilə danışıqların bərpa olunması üçün şərtləri açıqlayıb.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, ölkə başçısı İnterfaks-a müsahibəsində deyib: “Rusiya hərbçiləri Ukrayna ərazisindən çıxarıldığı günün sabahı, ölkəmin ərazi bütövlüyü bərpa olunduqdan sonra biz digər müxtəlif məsələlər ətrafında danışıqlar aparmağa hazır olacağıq”.
P.Poroşenko Ukraynada daxili münaqişənin olmadığını vurğulayıb.