“Regionda müharibə başlaya bilər” ABŞ-ın sabiq dövlət katibi

22:50 - 19 Fevral 2018 - DÜNYA

ABŞ-ın sabiq dövlət katibi Con Kerri regionda yeni müharibənin alovlanacağını bildirib.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, siyasətçinin fikrinə əsasən, əgər İranla imzalanmış nüvə müqaviləsi ləğv edilsə, müharibə başlaya bilər.
 

“Əgər biz İranla müqaviləni ləğv etsək, onları bombalamalıyıq. Amma biz bunu istəmirik”, - deyə Kerri, təhlükəsizlik üzrə 54-cü Münhen konfransındakı çıxışında bildirib.
 

Kerri əlavə edib ki, İsrail rəsmilərinin bəyanatı ilə razı deyil. İsrail tərəfi iddia edir ki, 10 il sonra İran nüvə silahına sahib olacaq, bu isə nüvə anlaşmasına uyğun deyil: “Bu, düzgün ehtimal deyil və mən bununla razı deyiləm. İran müəyyən təhlükələr ehtiva edə bilər, bəzi məsələlərə nüvə müqaviləsində toxunulmayıb. Məsələn, insan hüquqlarını qorumaq məsələsi”.

Xəbər xətti