Braziliya çempionatı çərçivəsində baş tutan “Vitoria” – “Bahia” oyununda futbolçular arasında kütləvi dava düşüb.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, oyunun 50-ci dəqiqəsində “Bahia”nın vurduğu qol qalmaqalın yaşanmasına səbəb olub.
Belə ki, “Bahia”nın ulduzlarından sayılan Vinisius Barbosanın vurduğu qoldan sonra çılğın şəkildə sevinməsi “Vitoria”nın futbolçularını əsəbiləşdirib. Oyunçular arasında münaqişənin böyüməsinin ardından matçın baş hakimi “Vitoria”nın 3, “Bahia”nın 4 futbolçusuna qırmızı vərəqə göstərib.
Oyunun davamında "Vitoria"nın daha iki futbolçusu qırmızı vərəqə alıb və qaydalara əsasən, matç təxirə salınıb.
Qeyd edək ki, Braziliyada tez-tez belə hadisələr yaşanır.