Ucnoqta.az
www.ucnoqta.az

Matçda dava düşdü, 9 futbolçu qırmızı vərəq aldı - <font color=red><b>Video</b></font>

20:29 - 19 Fevral 2018 tarixində dərc olunub.

Braziliya çempionatı çərçivəsində baş tutan “Vitoria” – “Bahia” oyununda futbolçular arasında kütləvi dava düşüb.

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, oyunun 50-ci dəqiqəsində “Bahia”nın vurduğu qol qalmaqalın yaşanmasına səbəb olub.  
 

Belə ki, “Bahia”nın ulduzlarından sayılan Vinisius Barbosanın vurduğu qoldan sonra çılğın şəkildə sevinməsi “Vitoria”nın futbolçularını əsəbiləşdirib.  Oyunçular arasında münaqişənin böyüməsinin ardından matçın baş hakimi “Vitoria”nın 3, “Bahia”nın 4 futbolçusuna qırmızı vərəqə göstərib.
 

Oyunun  davamında "Vitoria"nın daha iki futbolçusu qırmızı vərəqə alıb və qaydalara əsasən, matç təxirə salınıb. 
 

Qeyd edək ki, Braziliyada tez-tez belə hadisələr yaşanır.  

 

Müəllif: