Sabahdan prezidentliyə namizədliyin qeydə alınması üçün sənədlərin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi başlayır.
"Ucnoqta.az" Modern.az-a istinadən bildirir ki,bu barədə prezident seçkilərinin hazırlanıb-keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planında qeyd olunub.
Təqvim planına əsasən, namizədlərin qeydə alınması üçün sənədlər 2018-ci il fevralın 20-dən 12 mart saat 18.00-dək təqdim edilə bilər.
Azərbaycanda hələ ki 13 nəfər prezidentliyə namizədliyini irəli sürüb.