Rusiyaya qarşı sanksiyalar aradan qaldırıla bilər - Nazirdən AÇIQLAMA

21:45 - 17 Fevral 2018 - DÜNYA

"Əgər Donbasda sülməramlılarla bağlı ideya reallaşsa, onda Rusiyaya qarşı sanksiyalar addım-addım götürülə bilər”. "Ucnoqta.az" Modern.az-a istinadla xəbər verir ki, bu barədə Münhen Təhlükəsizlik Konfransında Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel vurğulayıb. “Biz Ukraynada sülhü bərqərar etməliyik. Əgər bu reallaşsa, biz sanksiyaları addım-addım götürəcəyik” – Ziqmar Qabriel bildirib. Onun sözlərinə görə, Almaniya Rusiya ilə münasibətləri yaxşılaşdırmaq niyyətindədir. “Təbii ki, müxtəlif fikir ayrılıqları var. Buna baxmayaraq Rusiya bizim nəhəng Avropa qonşumuz olaraq qalır. Və biz bu ölkə ilə münasibətlərdə stabillik və yaxşı münasibətlər istəyirik” - deyə Qabriel qeyd edib. Qeyd edək ki, 2014-cü ildə Rusiya Krımı ilhaq edəndən sonra rəsmi Moskvaya qarşı sanksiyalar tətbiq olunmağa başlayıb.

Xəbər xətti