Yunanıstanla Türkiyə arasındakı gərginlik Afinadan gələn yeni açıqlama ilə daha da artıb.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Yunanıstanın xarici işlər naziri Nikos Kocyas Türkiyəni hədələyib.
"Türkiyə yaxşı bilməlidir ki, Yunanıstan nə Suriya, nə də İraqdır. Türklər bunu eşitməlidirlər. Ciddi bir müdafiə gücümüzün olduğunu, müdafiə sistemi, güclü müttəfiqlər və yaxşı bir diplomatik gücümüzün olduğunu söylədim. Kardak ətrafında türk sahil mühafizə xidməti qayığının yunan sahil mühafizə xidməti qayığı ilə toqquşması qırmızı xətti aşmaqdır",-deyə nazir yerli kanala müsahibəsində qeyd edib.
Nazir əlavə edib ki, qayıqların toqquşmasına görə Türkiyəyə təzminat tələb ediləcək: "Afina belə bir haqqı olduğu nəticəsinə gəlsə, beynəlxalq hüququn tələb etdiyi addımları atmaqdan xoşbəxt olarıq".
Qeyd edək ki, yunan nazirin hədələrinə Türkiyə tərəfi cavab verməyib.