NATO rəsmi Pxenyana təzyiqi artırmağa çağırdı

10:29 - 17 Fevral 2018 - DÜNYA

“Şimali Koreyaya daha çox təzyiq göstərilməlidir. Bu ölkənin raket proqramı NATO ölkələrinə təhlükə yaradır”.

"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, bunu Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

 

Y.Stoltenberq qeyd edib ki, Şimali Koreya hamıya təhlükə yaradan nüvə və ballistik proqramı üzərində işləyə davam edir: “Biz Şimali Koreya raketlərinin çata biləcəyi zonada yerləşirik. Hesab edirik ki, prosesin dayandırılması üçün rəsmi Pxenyana maksimal təzyiq göstərməliyik"

Xəbər xətti