BMT-nin Baş katibi Antonio Qutyerreş Yəmənə yeni səfir təyinatı ilə bağlı Təhlükəsizlik Şurasına məlumat verib.
“Qafqazinfo” Maide-yə istinadən xəbər verir ki, yeni səfir ingiltərəli Martin Qriffits təyin edilib.
Ondan öncə bu vəzifəni mavritaniyalı İsmayıl Vild Şeyx Əhməd tuturdu.
Qeyd edək ki, BMT 2015-ci ildə səfir təyin etdiyi Şeyx Əhmədin Yəməndəki müharibənin sona çatdırılması istiqamətində səylərini nəticəsiz hesab edib və onun səlahiyyət müddətini uzatmayıb.