Beynəlxalq xəbər agentliyi "Reuters"in fərqli mənbələrdən aldığı məlumata görə, Suriyadakı hava hücumunda ölən və ya yaralanan rus əskərlərinin sayı yüzlərlə olub.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, dünən mətbuatda dolaşan məlumatlara əsasən, ABŞ-ın Suriyada təşkil etdiyi hava hücumunda 40 rus əskərinin öldüyü bildirilirdi. Bəzi rus qəzetləri isə ölənlərin sayını 13 nəfər göstərmişdi.
"Reuters"ə məlumat verən bir mənbə 100 nəfərin, digər mənbə isə 80 nəfərin öldüyünü bildirib. 5 fərqli mənbə isə yaralanların Suriyadan çıxarılaraq 4 rüs hərbi hospitalına göndərildiyini iddia edib.
Rusiyanın xarici işlər nazirliyinin mətbuat katibi Mariya Zaxarova isə Deyr-əz-Zor yaxınlığında həyata keçirilən hava hücumunda 5 rus vətəndaşının öldüyünü, onların hərbçi olmadığını bəyan etmişdi.