Gənc italiyalı Milan metrosunda relslərin üstünə düşən körpəni xilas edib.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, müşahidə kameralarına düşən görüntülər sosial şəbəkələrdə geniş marağa səbəb olub.
Azyaşlı oğlan uşağı platformaya gəlir və qatar yoluna düşür. Onun anası və digər sərnişinlər panikaya qapılırlar. Amma gənc tələbə relslərin üzərinə tullanaraq uşağı və onun oyuncağını qucağına alaraq platformaya çıxıb.
Xilas edilən körpənin adı Məhəmməddir və 2 yaşı var. Hadisədən sonra həkimlər uşağı müayinə ediblər və heç bir ciddi zədə aşkar edilməyib. Məhəmmədin xilaskarının isə cəmi 18 yaşı var və adı Lorenso Pianatsadır.