Hazırda Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu ölkədə səfərdə olan ABŞ dövlət katibi Reks Tillersonla adanışıqlar aparır.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, görüş Ankarada keçirilir.
Görüşdə əsas müzakirə mövzusunun Türkiyənin Afrində apardığı hərbi əməliyyatlar olduğu bildirilib.
Qeyd edək ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın Dövlət katibi Reks Tillerson Ankarada görüşüblər. Görüş 3 saat 15 dəqiqə davam edib. Tərəflər, Afrində keçirilən "Zeytun budağı" əməliyyatını, eləcə də Suriya və İraqdakı vəziyyəti müzakirə ediblər.