Türkiyənin Afrində kçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 1551 olub.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu barədə Baş Qərargah məlumat yayıb.
Məlumata görə, terrorçulardan azad edilən yaşayış məntəqələrinin sayı isə 63-ə çatıb.
Qeyd edək ki, ötən gün Türkiyə Hərbi Qüvvələrinin Afrində Duraklı, Karri, Yuxarı Divan, Şarbanlı və Şedya kəndələrini nəzarət altına almaları barədə məlumat verilmişdi.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.