Demokratlar ABŞ Senatında milli təhlükəsizlik və miqrasiya islahatlarına qeyri-ciddi münasibət göstəriblər".
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Sara Sanders Konqresin yuxarı palatasının miqrasiya sisteminin dəyişikliyi ilə bağlı heç bir qanun layihəsinə səs vermədikləri üçün deyib.
Qanun layihələrindən biri Respublikaçı Çarlz Qrassinin təşəbbüsüdür. Bu layihəyə əsasən, valideynləri tərəfindən yetkinlik yaşına çatmadığı halda ölkəyə gətirilən uşaqlara qanuni statusun verilməsi, Meksika ilə sərhəd xəttində divar tikintisi, viza lotereyasının ləğvi nəzərdə tutulub. Qanun layihəsinə cəmi 39 nəfər səs verib.
Sanders deyib: "Demokratlar vətəndaşlıq verilməsi barədə qanuna blok qoydular. Çünki bu layihədə sərhədin qorunmasına aid islahatlar və miqrasiya sisteminin gücləndirilməsi var idi".