Türkiyə İdlibdə altıncı müşahidə məntəqəsini quracaq

18:50 - 16 Fevral 2018 - DÜNYA

Türkiyə hökuməti Suriyanın İdlib vilayətində altıncı müşahidə məntəqəsi quracaq.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, hazırda İdlib-Afrin xəttində, Şeyx Akil dağlarında (Türkiyənin sərhəd rayonları) müşahidə məntəqələri fəaliyyət göstərir.
 

Qeyd edilir ki, türk zirehli texnikasından ibarət karvan Maaret-ən-Nuuman rayonuna çatıb. Burada Türkiyə ordusu Astana sazişinə əsasən, müşahidə məntəqəsi quracaq.
 

Bəzi mətbuat orqanları yeni müşahidə məntəqəsinin hazır olduğunu yazıb.
 

Qeyd edək ki, ötən həftə Türkiyə prezidenti Ərdoğan Rusiya lideri Putinlə telefon danışığı keçirib. Liderlər Suriyanın İdlib vilayətində müşahidə məntəqələrinin yaradılması prosesini sürətləndirmək barədə razılığa gəliblər.

Xəbər xətti