Suriya ordusu yaxın günlərdə Afrinə daxil olacaq

18:10 - 16 Fevral 2018 - DÜNYA

Suriya ordusu yaxın günlərdə Türkiyə ilə həmsərhəd Afrin bölgəsinə daxil olacaq.


Müvafiq razılıq rəsmi Dəməşq və kürd silahlı dəstələri arasında əldə olunub. "Ucnoqta.az"-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Əl Mayadin” telekanalı məlumat yayıb.  

 
Məlumata görə, Suriya hökuməti ilə kürd silahlı birləşmələri arasında qeyd olunan razılıq ölkənin ərazi bütövlüyünün qorunması məqsədi ilə əldə olunub. 

Xəbər xətti