Kamal Kılıçdaroğlu əməliyyat olunub

14:47 - 15 Fevral 2018 - DÜNYA

Türkiyənin ana müxalifət partiyasının sədri Kamal Kılıçdaroğlu xəstəxanaya yerləşdirilib.
 
"Ucnoqta.az" APA-ya istinadən xəbər verir ki, Cümhuriyyət Xalq Partiyası (CHP) liderinin sidik yollarında problem yaranıb.
 
CHP-dən verilən açıqlamada K. Kılıçdaroğlunun əməliyyat olduğu bildirilib.
 
Açıqlamada o da qeyd olunur ki, K. Kılıçdaroğlunun vəziyyəti hazırda yaxşıdır, qısa zaman ərzində xəstəxanadan çıxarılması gözlənir.

Xəbər xətti