Azərbaycan Prezidenti İlham Əliyev ABŞ prezidenti Donald Trampa başsağlığı məktubu göndərib.
"Ucnoqta.az" xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident!
Florida ştatının Parklend şəhərində məktəbdə törədilmiş silahlı hücum nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndim.
Bu dəhşətli hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".