Putin Trampa başsağlığı verdi

13:44 - 15 Fevral 2018 - DÜNYA

Rusiya prezidenti Vladimir Putin Amerika lideri Donald Trampa Florida ştatında baş verən faciə ilə əlaqədar başsağlığı teleqramı göndərib.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Rusiya lideri ölənlərin yaxınlarına başsağlığı verib, yaralıların isə qısa zamanda sağalmasını diləyib. 
 

Xatırladaq ki, fevralın 14-ü keçmiş şagird Parklend şəhərində məktəbə silahlı hücum edərək 17 nəfəri öldürmüşdü. 

Xəbər xətti