ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Avropa və Avrasiya Bürosu rəhbərinin köməkçisi Brok Birman regional səfərləri çərçivəsində Azərbaycana da gələcək.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, B.Birmanın regiona səfərləri fevralın 14-dən martın 8-dək davam edəcək.
Bildirilir ki, səfəri zamanı o, USAID-in dəstəklədiyi proqramların nümayəndələri ilə və ölkənin rəsmi şəxsləri görüşlər keçirəcək.
Qeyd edək ki, B.Birman daha sonra Gürcüstana səfər edəcək.