Rusiyanın Kalininqrad vilayətində “İsgəndər” raketlərinin yerləşdirilməsi NATO Baş katibi Yens Stoltenberqin narazılığına səbəb olmuşdu.
"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, Dumanın Müdafiə Məsələləri üzrə Komitəsinin sədri Vladimir Şamanov Moskvanın “İsgəndər” raketlərinin yerləşdirilməsi ilə bağlı NATO-ya heç bir hesabat verməyəcəklərini deyib.
“Bu nə deməkdir? Qanuni ərazimizdir və nə istəsək, onu da edərik”.
Rusiya Polşa və Baltikyanı ölkələrdə ABŞ qüvvələrinin yerləşməsindən narazılıq ifadə etmişdi.