ABŞ İŞİD terrorçularını helikopterlə Əfqanıstana daşıyır — İrandan ŞOK İDDİA

21:19 - 15 Fevral 2018 - DÜNYA

ABŞ-ı terror qruplaşmalarını dəstəkləməkdə günahlandıran İran Parlamentinin sədri Əli Laricani yeni iddia səsləndirib.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Laricani "ABŞ İŞİD terrorçularını helikopterlə Əfqanıstana daşıyır",-deyib.
 

Laricani Avropa İttifaqının xarici əlaqələr komissiyasının sədri Devid MakAllisterlə Tehranda görüşüb. İran məclisinin sədri ABŞ-ı bölgədəki terror qruplaşmalarını dəstəkləməkdə ittiham edib.
 

Laricani deyib: "Əfqanıstandakı terrorun bünövrəsi 30 il əvvəl ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin köməyi ilə Səudiyyə Ərəbistanı, Pakistan və BƏƏ tərəfindən qoyulub. Terror qruplaşmaları gələcəkdə ABŞ üçün bir təhdid olacaq".
 

Qeyd edək ki, İranın ali dini lideri Əli Xamenei də 30 yanvar tarixindəki çıxışında Əfqanıstanda son dövrlər artan hücumların, yüzlərlə insanın ölümünün arxasında ABŞ olduğunu iddia etmişdi. Xamenei ABŞ-ı İŞİD terrorçularını Əfqanıstana köçürməkdə günahlandırmışdı.

Xəbər xətti