Ankara Böyükşəhər Bələdiyyə Məclisi ABŞ səfirliyinin yerləşdiyi küçənin adını dəyişib.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Məclis üzvləri Türkiyənin Suriyanın Afrin bölgəsindəki əməliyyatla bağlı ABŞ-a münasibətini göstərmək üçün küçəyə Zeytun budağı adını veriblər.
Küçənin əvvəlki adı Nevzat Tandoğandan başqa daha 7 küçənin adı da dəyişib. Onlara Vətən, Hilal, Alsancaq, Anayurd, Qayı, Diriliş və Bayraq adları verilib.
Qeyd edək ki, Afrindəki əməliyyat da “Zeytun budağı” adı altında keçirilir.