ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı Maliyyə nazirliyi tərəfindən hazırlanan yeni sanksiyalara dair təklifi alqışlayıb.
"Ucnoqta.az"-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin Senatda keçirilən dinləmələrdə bildirib.
“Mən prezidentə sanksiyaların tətbiqi prosesinə dair məlumat verdim, o bunu alqışlayıb. Dövlət başçısı Rusiyaya qarşı sanksiyaların hazırlanmasını mənə həvalə edib. Rusiyaya qarşı yeni sanksiyalar tətbiq ediləcək. Bu qəti qərardır. Hazırda sanksiyaların tətbiqi ilə bağlı iş aparılır”, deyə nazir vurğulayıb.