Milli televiziya kanallarımızla bağlı qələmə aldığım bu yazını belə bir sualla başlamaq istəyirəm. İnsanların gündəlik həyatının ayrılmaz tərkib hissəsinə çevrilmiş bugünkü televiziya kanallarımızın fəaliyyəti tamaşaçı olaraq bizi qane edirmi?
Doğrudur, özəl TV-lərdə çoxsaylı maraqlı verilişlərin şahidi olsaq da, şou tipli bayağı, bir-birini təkrarlayan verilişlərlə evlərimizə daxil olub zövqlərimizi korlayan bəzi kanallardakı verilişlər haqda bunu deyə bilməsəm də, AzTV və İTV haqda xoş fikirlərimi tam məsuliyyətimlə söyləyə bilərəm.
Gəlin AzTV və İTV kanallarının fəaliyyətinə bir daha nəzər salaq və bu kanallarınAzərbaycan ədəbi dilinin yaranması və inkişafına, xalqımızın maariflənməsinə, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliğinə verdiyi töhfələrdən danışaq.
Ölkəmizdə gedən ictimai-siyasi, iqtisadi və mədəni quruculuq prosesləri, dövlət siyasətinin mahiyyətinin xalqa çatdırılması, cəmiyyətin aktual problemlərinin müzakirəsi, günün nəbzinə uyğun verilişlərin hazırlanması bu televiziya kanalları üçün daim prioritet olub, desəm yanılmaram.
Dünyada baş verən siyasi-iqtisadi hadisələrə münasibət bildirmək üçün bu kanallarda tez-tez ekspertlərin, Milli Məclisin deputatlarının və mütəxəssislərin iştirakı ilə aparılan müzakirələr, olduqca vacib və maraqlı olmaqla bərabər tamaşaçıların həvəslə gözlədikləri verilişlərdən biridir.
Azərbaycan Televiziyasının fəaliyyəti vaxtilə ümummilli lider Heydər Əliyev tərəfindən çox gözəl dəyərləndirilib. “Azərbaycanın milli televiziyası xalqımızın milli sərvətidir.Azərbaycan televiziyası yaşayacaq və inkişaf edəcəkdir. Televiziyaya gələn yeni nəsillər Azərbaycan milli televiziyasını daha da yüksəklərə qaldıracaq və bunlar hamısı Azərbaycan Respublikasının dövlət müstəqilliyini inkişaf etdirəcək, xalqımızın mənəviyyatını, elmini, mədəniyyətini, bütün nailiyyətlərini dünyaya nümayiş etdirəcəkdir”, deyə ulu öndər bildirib.
Azərbaycanda gənclərin sağlam ruhda böyüməsi, xüsusən də Dünya Olimpiya hərəkatında islahatçı Prezident imicini qazanan cənab İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğını peşəkar şəkildə xalqa təqdim edən bu kanallar, həmçinin beynəlxalq musiqi və idman yarışlarınıcanlı olaraq yayımlayırlar ki, bu da təbii olaraq hər bir musiqi və idmansevər tamaşaçı tərəfindən rəğbətlə qarşılanır.
Milli mədəniyyətimizin, zəngin tariximizin, qədim adət-ənənələrimizin ayrıca xətt üzərində inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Televziyasındayaradılmış Mədəniyyət kanalı rəngarəng verilişləri ilə xalqımızın milli-mənəvi dəyərlərinin daha da inkişaf etdirilməsini həyata keçirir. Xalqımızın qədim ozan sənətinin, müasir və klassik caz musiqisinin vaxtaşırı efirə verilməsi, görkəmli elm və mədəniyyət xadimlərimizin, Azərbaycanın dünya musiqi və ədəbiyyat xəzinəsinə bəxş etdiyi dahi korifeylərindən Nizami Gəncəvi, Məhəmməd Füzuli, Nəsimi, Xəqani, Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov və neçə-neçə dəyərli şəxsiyyətlərimizin həyat və yaradıcılıqlarını özundə əks etdirən film və verilişlər təqdim etməsi onu göstərir ki, Azərbaycan Televiziyası və İctimai Televiziyanın hər birəməkdaşı tam gücünü xalqımızın milli-mənəvi irsinin təbliğinə yönəldib.
Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan 50-milyondan çox soydaşımızın ən ağrılı dərdi torpaqlarımızın işğal altında olmasıdır. Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf etdirilərək qüdrətli dövlətə çevrilməsi, xəyanətkar Ermənistanın bölgədə həyata keçirilən böyük iqtisadi layihələrdən kənarda saxlanılması tezliklə bu problemin də Azərbaycanın xeyrinə həll olunacağından xəbər verir. Bu istiqamətdə Azərbaycan Televiziyasında hərbi vətənpərvərlik ruhunda hazırlanan verilişlər, günü-gündən Milli Ordumuzun qüdrətinin artmasını özündə əks etdirən video materialların təqdim edilməsi bir çox ölkələrdə yaşayan soydaşlarımızada böyük ruh yüksəkliyi bəxş edir.
“Azərbaycan radio və televiziyası məhsuldar və şərəfli inkişaf yolu keçmişdir. Milli radio və televiziyamız fəaliyyət göstərdiyi bütün dövrlərdə Azərbaycan ədəbi dilinin yaranması və inkişafında, xalqımızın maariflənməsində, milli mədəniyyətimizin, ədəbiyyatımızın təbliğində, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyalarının yayılmasında əvəzsiz rol oynamışdır”. Düzgün və yerində deyilmiş bu kəlmələr Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevə məxsusdur.
Azərbaycanın qədim tarixini, zəngin mədəni irsini təbliğ etmək, dünya sivilizasiyasının müəlliflərinin arasında millətimizin də imzasının olduğunu bəyan etmək, dünya azərbaycanlılarının həmrəyliyinə töhfə vermək kimi missiyanı öz üzərinə götürən Azərbaycan Televiziyası və İctimai Televiziya üzərlərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk edir, tamaşaçı və dinləyicilərə yüksək səviyyəli proqramlar təqdim edirlər.
Təsadüfi deyil ki, Prezident İlham Əliyev mədəniyyətimizin, ədəbiyyatımızın təbliğində, Azərbaycan ədəbi dilinin inkişafında, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyalarının yayılmasında milli teleradionun əvəzsiz rolunu yüksək qiymətləndirir, onun inkişafına xüsusi diqqət göstərir.
AzTV-nin bütün layihələri həmişə böyük rəğbətlə qarşılanıb. Bu sırada mədəniyyət layihələrini də xüsusi vurğulamaq yerinə düşər. Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan Mədəniyyəti Fondunun layihəsi, Azərbaycan Televiziyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin iştirakı ilə keçirilən, muğam sənətini yaşatmağa, gənc istedadları üzə çıxarmağa xidmət edən "Muğam televiziya müsabiqələri" ölkəmizdən kənarda da böyük tamaşaçı sevgisi qazanıb.
Bu müsabiqənin aparıcılarının nitq qabiliyyəti, geyim tərzi və aparıcılıq bacarığı həmin müsabiqəyə xüsusi diqqəti çəkən məqamlardan biridir.
AzTV-nin “Xəbərlər” proqramı və İTV-nin efirində hər gün 6 dəfə yayımlanan “Carçı” informasiya buraxılışı informasiya çəkisinə görə digər kanalların anoloji proqramlarını üstələyir. Tamaşaçılar ən dəqiq və dürüst xəbərləri bu proqramlardan alır.
Onu da qeyd edim ki, AzTV-nin efirində hər üç saatdan bir xəbər vaxtıdır. İnformasiya Proqramları Studiyası gün ərzində tamaşaçılara rus, ingilis və azərbaycan dilində olmaqla 8 xəbər buraxılışı təqdim edir. Daha əhəmiyyətli hadisələr haqqında isə xüsusi buraxılışlar təqdim olunur.Günün aktual məsələsini, gündəmdə olan mövzunu “Xəbərlər”dən sonra “Günün nəbzi” ətraflı təhlil edir. Xəbər həftəsinə isə hər bazar günü “Həftə” analitik informasiya proqramı geniş təhlillə yekun vurur.
İTV-nin efirində yayımlanan “Yeni Gün”, “Həmişəki tərz”, “Sabahınız xeyir”musiqi-informasiya proqramı,“Oberton”musiqi proqramı, həmçinin Az.TV-də yayımlanan “Səhər” musiqi-informasiya proqramı, “Ovqat” bədii-publisistik proqramıtamaşaçılar tərəfindən maraqla izlənən verilişlərdən biri olmaqla həm də aparıcıların savadlı, səhnə mədəniyyətinə uyğun geyim tərzi, dil üslubu tamaşaçıda xoş ovqat və fikirlər formalaşdırır.
Son illər bu televiziyalarda maarifləndirmə tendensiyası daha da güclənib və bu istiqamətdə müxtəlif verilişlər hazırlanaraq izləyicilərin ixtiyarına verilib. İTV-nin“Sağlam yaşamaq”, “Açıq dərs”, habelə Az.TV-nin“Parlaq zəka”, “Ailə həkimi”, “Əlaçı”adlı maarifləndirməxarakteri daşıyan verilişlərini tamaşaçı maraqla qarşılayır.
Doğrudur son zamanlar bütün telekanallarda intellektual oyunlar, tok-şoular, əyləncəli oyunlar çoxalıb. Amma “Nə? Harada? Nə vaxt?”,“Mən azərbaycanlıyam”milli intellektual bilik yarışmasıvə s. digər verilişlərAzTV-nin sabit tamaşaçı auditoriyası olan ən reytinqli proqramlarıdır.
Onu da qeyd edim ki, Az.TV-nin“Sevilənlər”, “Bu axşam”, “Muğam dünyamız”, “Retro”, “Müasir Azərbaycan gənci” və s. kimi verilişlərin tamaşaçısı da kifayət qədər çoxdur.
Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan “İdman Azərbaycan” televiziyasının fəaliyyəti dövlətimizin idmana, gənclərin sağlam ruhda böyüməsinə verdiyi önəmin sübutudur.
Uzun illər yalnız bir televiziya və radiodan ibarət olan Azərbaycan Teleradiosu indi özündə bir neçə kanalı və qurumu birləşdirən müasir bir kompleksdir. Həmin kompleksin bir qolu olan “Mədəniyyət” kanalı, “İdman Azərbaycan” kanalı “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin daha bir böyük uğurudur.
Bir daha qeyd edim ki, həm Az.TV, həm də İTV-dəki əməkdaşların fəaliyyəti, milli-mənəvi dəyərlərə söykənən xətt olmaqla səhnə mədəniyyəti, savad və peşəkarlıq fonunda dövlət və dövlətçiliyimizə xidmət etməklə hər kəsdə özlərinə qarşı hörmət və məhəbbət formalaşdırıblar.
Bu gün 62 yaşını qeyd edən Az.TV-nin bütün əməkdaşlarını ürəkdən təbrik edir, onlara yeni-yeni uğurlar arzulayıram.
Çingiz Qənizadə
Milli Məclisin deputatı