Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin namizədliyini təsdiq olunması müzakirəyə çıxarılıb.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, iclasda qeyd olunub ki, İlham Əliyevin prezidentliyə namizədliyinin təsdiq edilməsi üçün bütün əsaslar mövcuddur. Daha sonra məsələ səsə qoyularaq qəbul edilib.