NATO yeni soyuq müharibəyə və ya silahlanma yarışına can atmır.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, bu bəyanatı qurumun baş katibi Yens Stoltenberq səsləndirib. Stoltenberq bildirib ki, alyans Rusiya ilə münasibətləri normallaşdırmaq üçün addımlar atır.
"NATO-müdafiə ittifaqıdır. Bizim addımlarımız proporsional və düşünülmüşdür. Soyuq müharibədən sonra uzun illər müttəfiqlər hərbi xərcləri və hərbi potensialı azaltdılar, Rusiya ilə partnyorluq qurmağa çalışdılar",-deyə baş katib bildirib.
Bununla yanaşı, Yens Rusiyanı Krımın qanunsuz ilhaqı, Ukraynanın şərqində vəziyyətin kəskinləşməsi ilə ittiham edib. Moskva isə dəfələrlə Ukraynada münaqişə tərəfi olmadığını bildirib və münaqişənin tezliklə həllində maraqlı olduğunu qeyd edib.
"Cavab olaraq biz proporsional müdafiə tədbirləri qəbul edirik, alyansın şərqdəki mövcudluğunu artırırıq. Eyni zamanda Rusiya ilə münasibətləri yaxşılaşdırmağa cəhd edirik, bizə yeni soyuq müharibə və silahlanma yarışı lazım deyil",- deyə Stoltenberq əlavə edib.