Rusiya Xarici İşlər Nazirliyi 7 fevral tarixində ABŞ ordusunun Rusiya əsgərlərini öldürdüyü ilə bağlı məlumatı təkzib edib.
"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, Rusiya XİN açıqlamasında bildirib ki, “Bloomberg” və bəzi mətbuat orqanlarında Suriya ərazisində onlarla və ya yüzlərlə Rusiya vətəndaşının öldürüldüyü ilə bağlı çıxan xəbərlər dezinformasiyadır.
Xatırladaq ki, 7 fevral tarixində bəzi mətbuat orqanları ABŞ-ın hücumları nəticəsində rus vətəndaşların və əsgərlərin öldürüldüyünü iddia etmişdi.