Türkiyə Rusiyadan ikinci dəfə “S-400” zenit-raket kompleksi almağı planlaşdırır.
"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, iki ölkə arasında imzalanan müqaviləyə əsasən, rəsmi Moskva Türkiyəyə satdığı bu sistemin ilk partiyasını 2020-ci ildə təhvil verəcək.
Məlumata görə, bundan sonra Türkiyə ilə Rusiya arasında yenidən müzakirələr başlayacaq. Tərəflərin “S-400” zenit-raket kompleksinin ikinci partiyasının alqı-satqısı üçün 2021-ci ildə danışıqlar masasına oturacağı gözlənilir.
Qeyd edək ki, Rusiyanın “Rostex” Dövlət Şirkətinin direktoru Sergey Çemezov “S-400”-ün ilk partiyasının 2020-ci ilin martında Türkiyəyə təhvil veriləcəyinin bildirib.
.