Rusiya prezidenti Valdimir Putin sabah İordaniya kralı Abdulla ilə görüşəcək.
"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu barədə V.Putinin mətbuat katibi Dmitriy Peskov bildirib.
Mətbuat katibi əlavə edib ki, sabahkı görüş dar çərçivədə olacaq: "Ola bilsin görüş "göz-gözə" oldu".
D.Peskov, həmçinin əlavə edib ki, işgüzar nahar formatında keçəcək görüşdə Rusiya-İordaniya münasibətləri müzakirə olunacaq.