Fransa prezidenti Bəşər Əsədi HƏDƏLƏDİ

21:21 - 14 Fevral 2018 - DÜNYA

Fransa prezidenti Emmanuel Makron Suriyada sivil vətəndaşlara qarşı kimyəvi silahdan istifadə edildiyi sübut olunacağı təqdirdə, həmin yeri vuracaqlarını açıqlayıb.
 
"Ucnoqta.az"-ın Modern.az-a istinadən xəbərinə görə, Makron çıxış edərək bildirib ki, Bəşər Əsəd rejiminin vətəndaşlara qarşı kimyəvi silahdan istifadə etməsi Fransa üçün “ qırmızı xətt”dir.
 
“Hələ ki, Əsəd rejiminin kimyəvi silahlardan istifadə etdiyi sübut olunmayıb. Ancaq bu məsələ ciddi şəkildə araşdırılacaq”-deyə o bildirib.
 
Xatırladaq ki,Suriya İnsan Hüquqları Təşkilatı Əsəd rejiminin indiyə kimi 211 dəfə mülki yaşayış məntəqələrinə hücum etdiyini, 1357 nəfəri mülki vətəndaş olmaqla 1421 nəfəri öldürdüyünü açıqlamışdı.

Xəbər xətti