Yaponiyada qar 15 nəfərin həyatına son qoydu

11:12 - 14 Fevral 2018 - DÜNYA

Son bir həftə ərzində Yaponiyanın bir sıra ərazilərinə yağan güclü qar nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, əsasən ölkənin şimalında isə güclü qar səbəbindən 222 nəfər müxtəlif dərəcəli zədə alıb.
 

Ölüm hallarının Fukui, Niiqate və Toyame prefekturasında qeydə alındığı bildirilib.
 

Bölgələrdə yağan qarın hündürlüyünün 2 metrə çatdığı qeyd olunub.
 

Məlumata görə, güclü qar səbəbindən ölkədə onlarla aviareys təxirə salınıb, bir çox istiqamətlərdə qatarların hərəkəti dayanıb, məktəblər bağlanıb.

Xəbər xətti