Boliviyanın Oruro şəhərində növbəti partlayış baş verib.
"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, hadisə zamanı 2 nəfər ölüb. Ölkə prezidenti Eva Morales insidentin bütün detallarının araşdırılacağını bəyan edib.
Ölkənin daxili işlər naziri Karlos Romero hadisənin ötən şənbə günü 8 nəfərin öldüyü, 50-dən artıq insanın yaralandığı partlayışla əlaqəsinin olmadığını da deyib.
Həmin partlayışla bağlı 3 nəfərin gözaltına alındığı bildirilir.