Prezident İlham Əliyev ABŞ nümayəndə heyəti ilə görüşüb.
"Ucnoqta.az" "Report"a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də ABŞ Dövlət Departamentinin enerji ehtiyatları bürosunun beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi vəzifəsini icra edən xanım Syu Saarnionun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.