ABŞ Türkiyəni Afrindəki əməliyyata görə qınadı

19:20 - 14 Fevral 2018 - DÜNYA

Türkiyə ordusunun  Suriyanın Afrin bölgəsindəki əməliyyatı ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın İŞİD-lə mübarizəsinin gedişatına mənfi təsir edib.

"Ucnoqta.az"-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Küveytdə koalisiya ölkələrinin nazirlərinin növbədənkənar görüşündə ABŞ dövlət katibi Reks Tillerson bildirib.   
 
“Afrindəki vəziyyət Suriyanın şərqində İŞİD-lə mübarizəmizin gedişatına mənfi təsir edib. Çünki həmin bölgədəki kürd qüvvələri Afrin bölgəsinə istiqamətlənib. Düşünürəm ki, Türkiyənin hərbi əməliyyatın məqsədlərimizə olan fəsadını dərk etməsi vacibdir. Əsas məqsədimiz isə İŞİD üzərində qələbədir”, - deyə R.Tillerson qeyd edib.  
 
Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.

Xəbər xətti