"Gürcüstan və Ukraynaya qayıdacağam" Saakaşvili

18:11 - 14 Fevral 2018 - DÜNYA

Ukraynadan Polşaya deportasiya edilən  Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili həm Ukrayna, həmdə Gürcüstana qayıtmaq niyyətində olduğunu bəyan edib.
 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, bu barədə Mixail Saakaşvili  “Rustavi-2” telekanalına müsahibəsində bildirib.
 
“Mən Ukraynaya qayıdacağam, çünki mənim orada yaşamaq üçün legitim hüququm var. Mən həm də Gürcüstana qayıdacağam. Oliqarxik idarəçilik tezliklə başa çatacaq”, - deyə Saakaşvili telekanala bildirib.
 
 
 Onun sözlərinə görə, hazırkı şəraitdə hər iki ölkəyə qayıdıb vəziyyəti dəyişmək gərəkdir, - deyə M.Saakaşvili qeyd edib.
 
Xatırladaq ki, fevralın 12-də Ukrayna Dövlət Sərhədi Mixail Saakaşvilini Ukraynadan Polşaya göndərib.
 

Xəbər xətti