Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Pyotr Poroşenko arasında telefon danışığı olub.
"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.
Söhbət zamanı tərəflər əsir düşmüş sərhədçilərin dəyişdirilməsi və "Normandiya dördlüyü"nün qarşıdakı görüşünü müzakirə ediblər.
"Ukrayna prezidenti girovların azad edilməsini, xüsusilə də, əsir sərhədçilərin mübadiləsi və işğal olunmuş ərazilərdəki Ukrayna hərbçilərinin azad edilməsinin tezləşdirilməsi üçün Rusiya prezidenti ilə telefon danışığı aparıb", - məlumatda bildirilir.
İki ölkə lideri həmçinin fevralın 16-da Münhendə keçirilməsi nəzərdə tutulan "Normand dördlüyü" xarici işlər nazirləri görüşünün təfərrüatlarını müzakirə ediblər.