Azad Suriya Ordusu İdlibdə yüzlərlə İŞİD terrorçusunun ailələri ilə birlikdə təslim olduqlarını açıqlayıb.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, açıqlamaya əsasən, Huveyn kəndində çıxılmaz vəziyyətdə qalan 340 İŞİD terrorçusu silahları ilə birlikdə müxaliflərə təslim olub.
Qeyd edək ki, İdlib İran, Rusiya və Türkiyə tərəfindən "münaqişəsiz bölgə" elan edilmişdi.