Rusiyada hərbçilərə sosial şəbəkə qadağası tətbiq olunacaq

22:00 - 13 Fevral 2018 - DÜNYA

Rusiya Silahlı Qüvvələrinin hərbçilərinə sosial şəbəkələrdən istifadə etməmək tövsiyə olunub.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “İzvestiya” nazirlikdəki mənbəsinə istinadən məlumat yayıb. Əsgər və zabitlərə “Odnoklassniki”, “Vkontakte”, “Facebook” və digər analoji resurslardan istifadə etməmək, eyni zamanda, öz xidməti yerləri, hərbi hissələri ilə bağlı məlumat paylaşmamaq, telefonlarında geolokasiyanı söndürmək tapşırılıb.
 

Yeni qərar hələ ki, tövsiyə xarakteri daşısa da, qanuna dəyişikliklər hazırlanır və bundan sonra qeyd edilənlər məcburi şəkildə tətbiq olunacaq. 

Xəbər xətti