Təbii həyatı qoruma dərnəyi "Fauna & Flora International" (FFI) 2011-ci ildən bu yana Mozambikdəki fillərin 90 %-nin qaçaq ovçular tərəfindən öldürüldüyünü açıqlayıb.
"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, bu müddət ərzində fillərin sayı 12 mindən 1000-ə enib. Zəruri tədbirlər görülməsə, onlar da qısa vaxtda öldürüləcək.
FFI statistikasına əsasən qaçaq ovçular son 10 ildə qitədəki fillərin 1/3-ni öldürüb. Bu, 144 min filin öldürüldüyü deməkdir.
Mozambikdə fillərin daha kompakt yaşadığı Çuilexi qoruma sahəsinin rəhbərlərindən Mett Rays bildirib ki, qonşu Tanzaniyanın qaçaq fil ovuna qarşı apardığı uğurlu mübarizə ovçuların sərhədi keçərək Mozambikə gəlməsinə səbəb olub.